Le Figaro:Putinin Suriyadakı “çeçen planı”- Avropa tikə-tikə olunur –TƏHLİL

18-02-2016, 00:44           

Qərb özünü dünyanın son onilliklərdə görə biləcəyi ən təhlükəli epizodlardan birinin laqeyd tamaşaçısı kimi göstərir.
Mərkəzində Suriya görünən savaşın dolaşıq labirintində Rusiya və Türkiyə birbaşa toqquşma həddindədir. Rusiya Bəşər Əsədə düşmən güclərin möveyini bombalayır, kürd silahlı dəstələrinin ölkənin dərinliklərinə irəliləməsinə şərait yaradır. Ankara isə PKK kürdləri ilə mübarizəsi baxımından buna strateji təhlükə kimi yanaşır və cavabında Suriya torpağına soxulmaq hədəsi gəlir. Türklər bununla da Moskvanı “yeni dünya müharibəsi” riskindən danışmağa məcbur edirlər.
Ritorikanı bir kənara qoyub qeyd etmək lazım gəlir ki, Rusiya müdaxiləsinin altı ayı ərzində durum kökündən dəyişildi. Lap əvvəldə Putinin əsas məqsədi Əsədə müxalifətlə güc mövqeyindən danışıqlar aparmağa kömək etmək idisə, hazırda başqa maraqlar meydana çıxıb. Rusiya hər şeydən əvvəl Suriya böhranının hərbi həlli ola bilməyəcəyi haqda Qərb iddiasını təkzib etdi. Çeçenistanda sınaqdan keçirilmiş Rusiya hərbi əməliyyatlar sxemi öz effektivliyini göstərir. Düzdür, qan tökülməsi və Avropanın partlayış həddinə çatmasına səbəb olan qaçqınların sırasını tamamlamalı olan dinc vətəndaşların kütləvi qaçışı bahasına. Rusiya Türkiyə ilə birbaşa qarşıdurma sayəsində NATO-nun sınaqdan keçirilməsini də təşkl etdi. Bu, Ukraynadakından daha səmərəli çıxdı. Maraqlarının ümumiliyi ilə Alyansa bağlanmış amerikalılar və avropalılar Türükiyə hökumətinin siyasəti üzündən öz çaşqınlıqlarını gizlətməyə nail olmurlar.
Putin isə öz “dünya düzəni”ni ona sırımaq istəyənlər üzərində qələbə çalmaq üçün öz üstünlüklərindən istifadə edir.
Qeyd etmək lazımdır ki, Vaşinqton Suriya məsələsində üstün rolunu Rusiyaya verməli oldu, Avropa isə qaçqınları sahmana salmalıdır. Artıq ikinci dəfədir ki, Barak Obama kimyəvi silahın tətbiqi xüsusunda öz bəyanatından imtina edib Suriyada məsuliyyətdən yayınır.
Tərk-silah edilmiş Avropa ona heç bir yaxşılıq arzulamayan dövlətlərin arasına düşməklə yalnız öz gücünə güvənə bilər. Hər şeydən əlavə, o məhz indi Brexit-lə öz sərhədlərinin müdafiəsi arasında tikə-tikə olunur. Həm də ona yeni məyusluqlar təmin olunub. Obama Putini Suriya oyununda əsas oyunçu etdi.

Filipp Jeli
Le Figaro (Fransa), 17.02.2016
Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.