Dünyanın ən çirkli şəhərləri: Bakı neçənci yerdədir? – SİYAHI

16-06-2022, 08:08           
Dünyanın ən çirkli şəhərləri:
Dünyanın ən çirkli şəhəri Şimali Makedoniyanın Tetova şəhəridir.

Bu barədə məlumat məşhur “numbeo” portalında yer alan “Çirklənmə indeksi – 2022” (“Pollution Index 2022”) adlı hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, 353 şəhərin yer aldığı siyahıda çirklənmənin ən az səviyyədə olduğu şəhər Norveçin Stavanger şəhəridir.

Siyahıda ilk sırada olan Tetova şəhərində çirklənmə səviyyəsi 100 üzərindən 95,56 olaraq qeyd olunub. Stavanger şəhərində isə çirklənmə səviyyəsi 12,29 olaraq göstərilir.

Hesabatda Azərbaycanın paytaxtı Bakı da yer alıb. Bakı çirklənmə səviyyəsinə görə 353 şəhər arasında 74-cü sırada qərarlaşıb. Paytaxtımızın çirklənmə indeksi 75,61 olub.

Dünyanın bəzi böyük şəhərlərində və region ölklərinin paytaxtında çirklənmə səviyyəsi aşağıdakı kimi olub:

4. Ulanbatur (Monqolustan) – 93,79
11. Kabil (Əfqanıstan) – 92
15. Bağdad (İraq) – 91,34
16. Dehli (Hindistan) – 90,52
17. Karaçi (Pakistan) – 89,97
44. Pekin (Çin) – 82,59
45. Mexiko (Meksika) – 82,27
48. Tehran (İran) – 81,29
59. Almatı (Qazaxıstan) – 78,45
74. Bakı (Azərbaycan) – 75,61
84. Bişkek (Qırğızıstan) – 73,38
85. Tbilisi (Gürcüstan) – 73,36
108. İstanbul (Türkiyə) – 69,17
117. Təbriz (İran) – 67,24
118. Milan (İtaliya) – 66,95
120. Roma (İtaliya) – 66,27
122. Barselona (İspaniya) – 66,05
127. Ankara (Türkiyə) – 65,60
130. Kiyev (Ukrayna) – 65,38
136. Paris (Fransa) – 64,31
172. London (B. Britaniya) – 58,22
173. Nyu York (ABŞ) – 58,02
180. İrəvan (Ermənistan) – 56,98
182. Moskva (Rusiya) – 56,82
210. Daşkənd (Özbəkistan) – 51,40
211. Astana (Qazaxıstan) – 51,36
248. Tokio (Yaponiya) – 42,31
253, Minsk (Belarus) – 41,56
264. Berlin (Almaniya) – 38,93
266. Riqa (Latviya) – 37.49
309. Sidney (Avstraliya) – 27,43
326. Oslo (Norveç) 23,63
340. Bergen (Norveç) – 20,41
341. Stokholm (İsveç) – 19,20
345. Vyana (Avstrya) – 17,32
249. Helsinki (Finlandiya) 13,76












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.