“Windows” 11-in yeniləmələri kompüterlərin sürətini yeddi dəfə azaldır

3-07-2023, 13:45           
“Windows” 11-in yeniləmələri kompüterlərin sürətini yeddi dəfə azaldır
2023-cü ilin mart ayından başlayaraq “Microsoft” bəzi kompüterlərdə SSD-ləri kəskin şəkildə yavaşladan “Windows” 11 üçün məcburi yeniləmələri yükləməyə başlayıb.

Bu barədə istifadəçi rəylərinə istinadən “Windows Latest” nəşri məlumat yayıb.

Yeniləmələr SSD-ni o qədər ləngidir ki, istifadəçilər problemi təkcə bir qovluqdan digərinə böyük həcmdə faylları köçürərkən deyil, həm də əsas tapşırıqları yerinə yetirərkən belə görürlər.

Xüsusilə, yeniləmələr kompüterin işə salınmasına və oyunların başlamasına mənfi təsir göstərir.

Bəzi istifadəçilərin fikrincə yeniləmələrədn sonra diskin sürəti 7000 MB/s-dən 1000 MB/s-ədək, yəni yeddi dəfə aşağı düşür.
Problemin dəqiq nədən yarandığı barədə məlumat verilmir.

“Microsoft” məsələ ilə bağlı vəziyyəti şərh etməyib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru