İranda hicabsız qadınlarla mübarizə qrupu YARADILDI

3-07-2023, 12:17           
İranda hicabsız qadınlarla mübarizə qrupu YARADILDI
İranda hicabsız qadınlara qarşı mübarizə qrupu yaradılıb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Təşkilatının məlumatında bildirilib.

Məlumatda ölkədə “hicab qaydalarına riayət etməyən qadınlara qarşı mübarizə qrupu” təşkil edildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İranda bir çox uzun müddətdir ki, qadın geyim qanunlarının sərtləşdirilməsinə cavab olaraq həm qapalı, həm də ictimai yerlərdə hicablarını çıxarır, foto və videolarını sosial şəbəkələrdə paylaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru