NO COMMENT:Unudmayacağımızı hər addım başı dediyimiz UNUDULMUŞ ŞƏHİDLƏRİMİZ- FOTOLAR+VİDEO

22-06-2015, 10:26           

Bir millətin, bir xalqın tarixi elə-belədən, havadan-sudan meydana gəlmir. Tarix adlı kitabın hər səhifəsində yüzlərlə insan taleyi, qəhrəmanlıq səlnaməsi dayanır.

20 Yanvar hadisələrindən sonra, Qarabağ müharibəsi zamanı yüzlərlə şəhidlərimiz oldu, xalqımızın qəhrəman övladları tariximizə ad yazdı. O, qəhrəmanlardan çox az qismi bu gün həyatdadır, amma əksəriyyəti elə döyüş meydanlarında həlak olub, qəbirləri ölkənin bir çox bölgələrində, əsasən də Bakıda - Şəhidlər xiyabanında dəfn edilib.

ANN.Az qəhrəmanlarımızın məzar daşlarının hansı durmda olması ilə maraqlanıb. Təəssüf ki, çox acınacaqlı vəziyyətlə qarşılaşıblar. Qəbir daşlarının baxımsız vəziyyəti, bəzilərinin silinib-təmizlənməməsi, ətrafının ot-alaq basması, bəzilərinin adlarının pozulması, kimlərinsə gətirdiyi gül-çiçəklərin tamamilə cürüyüb bir kənarda qalması - bu mənzərəni görmək, yaxud kameranın yaddaşına köçürmək o qədər də asan deyil.

"Torpağın üzü soyuq olar" - bunu bilirik, bəs insanların qəlbi də bu qədər buzlaşıb məgər?

ANN.Az-ən çəkiliş qrupunun hazırladığı fotoları, həm də video-süjeti oxuculara təqdim edirik. Bəlkə buna baxdıqca qəlblərdəki buzlar qismən də olsa, əridi...
P.S. Elə bil biz şəhidlərimizi ancaq lazım olandan olana yada salırıq. Eləcədə şəhid rayonlarımızı. Ən azından işğal olunmuş rayonların anım günündə şəhidlər xiyabanında onları yad edənlərin sayına baxmaq və onların xiyabana gəlib müəyyən olunmuş proseduru yerinə yetirəndən sonra tez çıxıb getmələrini müşaidə etsəniz bunu başa düşərsiniz. teref.az























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.