“Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir” - seysmoloq

18-07-2018, 08:21           
“Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir” - seysmoloq
İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib. “UTC” vaxtı ilə saat 03:58-də qeydə alınan zəlzələnin episentri Bocnurd şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur. Təxminən eyni vaxtda qonşu və qardaş Türkiyədə də yeraltı təkan qeydə alınıb.

Bəs qonşu dövlətlərdə zəlzələlərin Azərbaycana təsiri varmı, ümumiyyətlə, ölkəmizdə seysmoloji vəziyyət hazırda necədir?

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a açıqlamasında İran və Türkiyədə baş verən zəlzələlərin Azərbaycana aidiyyəti olmadığını dedi: “Ayrı-ayrı regionda dinamik proseslər gedir. Bizim dərinlik qırılmaları ilə İranda və Türkiyədə baş verən zəlzələlərin əlaqəsi yoxdur. Azərbaycanda da seysmoloji təkanlar həmişə olur. Bu, hər yerdə var. Elə bir bölgə yoxdur deyək ki, lap güclü, katostrafik zəlzələ olacaq. Hiss olunan zəif təkanlar olmalıdır və olur da. Lakin yaxın müddətdə dağıdıcı zəlzələ gözlənilmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.