Atasının qisasını almaq üçün MOSSAD və MKİ-yə qoşulan baş nazirin oğlu - İlginc etiraf
29-09-2018, 09:01
Fransa hökuməti İranda dünyəvi dövlətinin sonuncu baş naziri kimi tarixə düşən Şapur Bəxtiyarı öldürən cinayətkarı illər əvvəl azadlığa buraxaraq onun Tehrana dönməsini təmin etdi.
Teleqraf.com xəbər verir ki, həmin dövrdə Fransa kimi demokratik bir dövlətin bu davranışı dünyada ciddi əks-səda yaratdı.
Şapur Bəxtiyar 1978-ci il dekabrın 29-da “Milli Cəbhə” sədrinin müavini kimi mülki hökumət yaratmağa hazır olduğunu elan etmişdi. O zaman çıxılmaz vəziyyətdə olan şah bu təklifə müsbət yanaşdı. Həmin gün hərbi hökumətin başçısı Qulamrıza Əzhəri istefaya getdi. 1979-cu il yanvarın 1-də şah Şapur Bəxtiyarı hökumətin başçısı təyin etdi və özü ölkəni tərk etdi. Lakin “Milli Cəbhə” Şapur Bəxtiyara qarşı çıxdı və onu təşkilatdan xaric etdi. Şapur Bəxtiyar baş nazir təyin edildikdən 9 gün sonra ABŞ Hind okeanında olan 3 hərbi gəmisini hərəkətə gətirdi və beləcə İranda böhran vəziyyətində özünün burada hakim olduğu mesajını verdi.
Yanvarın 11-də yeni baş nazir hökumət proqramında SAVAK-ı ləğv etdiyini, siyasi məhbusların azad olunduğunu və azad seçkilərin keçiriləcəyini elan edti. Ruhulla Xomneyi isə bu imkandan yararlanaraq, İran İslam Respublikası yaratmağı tələbini gücləndirdi. Buna cavab olaraq, baş nazir yanvarın 12-də hökumət naibliyini yaradacağını elan etdi və faktiki özü naiblik strukturuna rəhbərlik etməyə başladı. Bu naiblik şah olmadığı müddətdə taxt-tacı təmsil etməli idi. Elə həmin gün Şapur Bəxtiyarın hökuməti süqut etdi. Yüz minlərlə insan küçələrə axışdı, ordu insanlara açıq dəstək verməyə başladı. Şapur Bəxtiyar şahın arxasınca ölkəni tərk edərək Fransaya mühacirət etdi. Bundan sonra Xomneyi Mehdi Bazərganın rəhbərlik etdiyi hökumət vasitəsi ilə dövlət işlərini əlinə almağa başladı. Beləcə dünyəvi İran dövlətinin sonuncu baş nazirinin qurduğu hökumət yıxıldı, özü isə 1991-ci ilin 6 avqust tarixində Parisdə öldürüldü.
Şapur Bəxtiyar Parisin kənarında yerləşən Suresnes istiqamətindəki evində öldürülüb. Onun evinə daxil olan cinayətkar öncə sabiq baş naziri boğub, daha sonra bıçaqlayıb. Qəribədir ki, həmin vaxt sabiq İran baş nazirinin evində mühafizəçiləri də olub.
1994-cü ildə Paris polisi bu cinayətə görə Əli Vəkili Rad adlı şəxsi həbs edib. Ancaq ona bu işi görmək üçün kömək edən digər iki nəfəri polis heç vaxt tapa bilməyib.
2009-cu ilin mayın 8-də cinayətkar şərti cəza ilə azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Mayın 9-da isə Fransa daxili işlər naziri cinayətkarın ölkədən deportasiya olunması haqqında təlimatı imzalayıb. Rossiy həbsxanasında mühafizəçilərin müşahidəsi ilə Arly hava limanına aparılan Əli Vəkili Rad buradan Tehrana uçan təyyarəyə mindirilib. Beləcə Şapur Bəxtiyarı öldürən cinayətkarı Fransa azadlığa buraxdı. Bu əslində analoqu olmayan bir davranış nümunəsi idi. Bundan əvvəl isə Fransa iranlı mühəndis Məcid Kakavandı azad etmişdi. Baxmayaraq ki, ABŞ həmin vaxt Məcid Kakavandın ona verilməsini tələb etsə də, Fransa məhkəməsi bu tələbi rədd etmişdi. Elə bu ərəfələrdə İrandakı müxalifətin aksiyaları sırasında casusluq ittihamı ilə həbs edilən Clotilde Reiss 10 il həbs cəzası alır, daha sonra onun cəzası 285 min dollarla əvəzlənir. Qısa müddətdən sonra Reiss Fransaya qayıtmaq imkanı əldə edir. Bununla da əslində baş nazirin ölümü üzərindən casusların dəyişdirilməsi əməliyyatı həyata keçirilir. Fransa bu iddianı rədd etsə də, bu davranışların arxasında real əlaqələrin olduğuna şübhə yeri qalmır.
“Onu öldürənlərdən intiqam almaq üçün 40 yaşımda Mərkəzi Kəşfiyyat İdarəsinin, 46 yaşımda isə MOSSAD-ın agenti oldum. Bu iki xidmət arasında bir nəfəri öldürdüm. Bu kitabı nəşr etdikdən sonra atalarımın torpaqlarını, babamın 37 gün idarə etdiyi ölkəni indi idarə edənlər mənim haqqımda ölüm cəzası çıxaracaq, məni küncə sıxışdırmaq üçün qatillərini dünyanın hər yerinə göndərəcəklər. Mənim adım Cahanşah Bəxtiyardır. İran şahının sonuncu baş nazirinin nəvəsiyəm”,- bu fikirlər isə Şapur Bəxtiyarın oğlu Cahanşah Bəxtiyara məxsusdur.
Cahanşah Bəxtiyar atası Şapur Bəxtiyar öldürüləndə 16 yaşında olub. Atası öldükdən iki həftə sonra anasını itirib. Sonradan babasının qanını almaq üçün MOSSAD və MKİ-yə işləyib. Casusluq fəaliyyəti zamanı türk iş adamlarının və türk bankları sistemində qara pulların yuyulması zənciri ilə bağlı informasiyalar əldə edib. Habelə İranın uran ehtiyatları və nüvə silahı proqramı haqqında informasiyalar toplayıb.