Dünyanın ən dadlı və fərqli suşisini hazırlayan aşpazın adı məlum oldu

Bu gün, 17:18           
Dünyanın ən dadlı və fərqli suşisini hazırlayan aşpazın adı məlum oldu
Yaponiyanın paytaxtı Tokioda suşi hazırlamaq üzrə dünya çempionatı keçirilib.

"Euronews" xəbər verir ki, yarış Yaponiya hökumətinin dəstəyi ilə yaradılmış Dünya Suşi Sənəti İnstitutu tərəfindən təşkil olunub.

Yarışın qalibi Norveçin paytaxtı Osloda yaşayan litvalı suşi ustası Ayris Zapaşnikas olub.

Ən dadlı və fərqli suşini hazırlayan aşpaz qələbəsini şərh edib. O bildirib ki, yarışda qaydalar çox sərt olub.

"Təyin edilən vaxta qədər suşini hazırlayıb təqdim etməlisən. Sizə ayrılmış vaxtdan artıq işləməyə davam edərsinizsə, yarışdan diskvalifikasiya olunacaqsınız. Əgər suşi ustası barmağını kəsərsə, o, avtomatik xal itirir. İstifadə etmədiyiniz balıq tikəsini atmaq balların silinməsinə səbəb olur. Yaradıcılığımızı, yeniliklərimizi göstərə bildik və qalib olduq", - Ayris Zapaşnikas bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru