ŞÜBHƏLİ ŞƏXS SAXLANILDI

29-10-2018, 17:35           
ŞÜBHƏLİ ŞƏXS SAXLANILDI
Teref.az- a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oktyabrın 27-də səhər saatlarında şəhər sakini Səxavət Hüseynovun sağ qabırğanın alt nahiyyəsindən aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bəhram Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, S.Hüseynova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru