HƏMKƏNDLİSİNƏ QARŞI XULİQA NLIQ ETMİŞDİ

29-10-2018, 18:30           
HƏMKƏNDLİSİNƏ QARŞI XULİQA NLIQ ETMİŞDİ
Teref.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, oktyabrın 25-də Bağbanlı kənd sakini sakini, 40 yaşlı Əfqan Əhmədovun qapalı kəllə beyin travması diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Əfqan Əhmədov izahatında kənd ərazisində tanımadığı şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Tofiq Əhmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı T.Əhmədov törətdiyi əməli etiraf edərək, həmkəndlisini döyərək ona xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru