Bakı Funikulyoru yenidən fəaliyyətə başladı

1-11-2018, 18:13           
Bakı Funikulyoru yenidən fəaliyyətə başladı
Teref.az - Bir müddət idi ki, profilaktika işləri ilə əlaqədar işləməyən paytaxtımızın rəmzlərindən birinə çevrilmiş Bakı Funikulyoru artıq bu gündən yenidən fəaliyyətinə başlamışdır. Keşən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari profilaktika işləri görülmüş, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunmuş, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılmış, funukulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilmişdir. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. Işçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən burada aparılan işlər başa çatdirilib və Funikulyorun fəaliyyətinə start verilmişdir.
Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov bildirmişdir ki, şəhərimizdə funikulyor 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Leninqrad, avadanlıqlar isə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3,0 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və 2012-ci il mayın 23-də aşılışı keçirilib.
Yenidən istifadəyə verilən Funikulyorun ilk sərnişinləri isə media nümayəndələri olmuşlar.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.