Siyəzəndə profilaktiki tədbirlər davam edir

29-10-2020, 14:01           
Siyəzəndə profilaktiki tədbirlər davam edir
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması, məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisindəki ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda mütəmadi olaraq reydlər keçirir, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə izahedici söhbətlər aparırlar.

Bundan əlavə insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət aparan polis əməkdaşları sosial məsafəni gözlənilməsinə nəzarət etməklə yanaşı sakinlərə tibbi maska paylayırlar.

Həmçinin RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru