Paytaxtda kütləvi ağacəkmələr aparılır

3-11-2020, 16:59           
Paytaxtda kütləvi ağacəkmələr aparılır
Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilişlərinə başlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb. Bildirilib ki, təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi plan Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır. Əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından istifadə olunması nəzərdə tutulur.
Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcəkdir.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru