Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb

9-11-2020, 11:18           
Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb
Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, Astara şəhər sakini A.Məmmədov polisə müraciət edərək ona məxsus yaşayış evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını tərətməkdə şübhəli bilinən şəxslərin Astara şəhər sakini R.Əlizadə və onun yetkinlik yaşına çatmayan qohumu olduğu müəyyən edilib və hər ikisi saxlanılıb. Oğurlanmış qızıl-zinət əşyaları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Hazırda həmin şəxslərin digər bu kimi cinayət əməllərində iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru