Dövlət Bayraq Gününün Moldovada qeyd edilməsinə dair

10-11-2020, 21:55           
Dövlət Bayraq Gününün Moldovada qeyd edilməsinə dair
Cari ilin 9 noyabr tarixində Moldovada yaşayan azərbaycanlılar Dövlət Bayraq Günü münasibətilə ölkəmizin Moldovadakı Səfirliyinə toplaşaraq ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşdur.

Səfir Q.Osmanov və Azərbaycan diaspor fəalları tərəfindən nitq söylənilərək milli mənsubiyyət və həmrəylik rəmzi olan bayrağımızın dəyərini və mahiyyətini ölkə hüdudlarından kənarda hər bir həmvətənlilərimizin bilməli və əməl etməli olduğu bildirilmiş, üçrəngli bayrağın müstəqil Azərbaycanda dalğalandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğunda oynadığı mühüm rol və ictimai-siyasi fəaliyyətinin Azərbaycanın inkişafına xidmət etdiyi qeyd edilmişdir.

Daha sonra tədbir Türkiyənin Moldovadakı Səfirliyində davam etdirilmiş, burada Türkiyə Cümhuriyyətinin yaradıcısı və türk dünyasının görkəmli dövlət xadimi M.K.Atatürkün büstü önünə gül dəstələri düzülmüşdür. Dövlət Bayraq Günü münasibətilə həmyerlilərimizi təbrik edən türk diplomatlar çıxış edərək qardaş dövlətlərimizin şanlı keçmişindən danışmış, hazırda bir çox sahələrədə apardığı uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparmışdır.

Bundan əlavə, soydaşlarımız Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldovanın memorial kompleksinə gələrək 2012-ci ildə ildə yaradılmış Şuşaya dair xatirə lövhəsi önünə gül qoymuş, səfir Q.Osmanov çıxış edərək Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən əldə edilən qələbələrin hər bir azərbaycanlı üçün qürur və fəxarət olduğunu və Moldovada yaşayan azərbaycanlı icma tərəfindən ölkəmizin ədalətli mövqeyinin təbliğ edilməsi və erməni təcavüzünə qarşı həmrəylik nümayiş etdirilməsinin bu qələbələrin bütün dünyada daha da möhkəmləndirilməsinə xidmət edəcəyini dilə gətirmişdir.

Tədbir cari ilin 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə abidə ətrafına 8 ədəd şam ağacı əkilməsi ilə yekunlaşdırılmışdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru