Qorqud partiyasının bəyanatı
11-11-2020, 16:39

Azərbaycan bu gün Dağlıq Qarabağ məsələsini demək olar ki, tam qələbə ilə həll etdi. Təslim olma sazişində, dörd rayonda erməni xalqının qalması, onlara Ermənistana qədər dəhliz verilməsi və bu dəhlizi rusların qoruması maddəsi də var ki, xalqımızın bəzi hissəsi bunun bizə yeni problemlər yaradacağını iddia edirlər. Lakin dərindən və hərtərəfli düşündükdə bu variantın bizim üçün ən optimal variant olması ortaya çıxar. Rusiya 200 ildən artıqdır ki, bu bölgədə söz sahiblərindən biridir və onların şovinist siyasəti də onları buradan əl çəkməyə qoymur. Təbii ki, biz təslim olma razılaşmasına qol çəkməyib, torpaqlarımızı da tam azad edə bilərdik. O zaman Rusiya bunu, bizim Türkiyənin tam təsir dairəsinə keçməmiz kimi qəbul edərək, onlardan birdəfəlik əlaqəni kəsmək kimi qiymətləndirib, bizim üçün ağlımıza gəlməyən problemlər yarada bilərdi. Bu gün Rusiyanı, erməni kimi əsli-kökü şübhəli insanlar idarə edir və belələrindən hər şey gözləmək olar. Bizim isə Rusiyada iki milyondan çox vətəndaşımız var və ora ilə bizi çoxlu iqtisadi tellər bağlayır. Mən əminəm ki, Putin bu təslimçilik sazişinə qol çəkdirmək üçün bu mənada bizlərə təzyiqlər də etmişlər. Bu sazişin bizim üçün müsbət və mənfi tərəflərini müqayisə edəndə tam əmin olmaq olar ki, hökumətimiz ən optimal variant seçmişdir. Beş il çox tez keçər və biz də o vaxta elə siyasət yeridən bilərik ki, qalan torpaqlarımız da tam özümüzə qayıdar.
Digər tərəfdən, Ermənistanın bütün torpaqları bizimdir və biz bu gün onun qaytarılmasını da düşünməliyik. Bunun üçünsə biz mütləq Rusiya ilə münasibətimizi yaxşılaşdırmalıyıq. Əslində Rusiya bizə yad ölkə deyildir. Bu gün Rusiya adlanan ölkəni bir zamanlar Azərbaycandan köçmüş Azəri türk bəgləri yaratmışlar və bütün qədim rus ədəbiyyatı bizlərlə bağlıdır. Kitabi Dədə Qorqudda Azər, yəni Azərbaycan adı keçmir. Orada bizlər Aruz bəgləri, ərləri kimi qeyd olunuruq ki, qədim müdriklərin məntiqindən bu elə Azəri bəgləri, ərləri deməkdir. Rus mənbələrində də ruslar - "Urus əri bəgləri" adlandırılır və bütün qədim rus ədəbiyyatı bizim bu müqəddələrimizlə bağlıdır. Rus mənbələrində Azərbaycanın Xelat Atabəgləri, bəgləri təkcə müqəddəs yox, həm də rusların Kolyada Allahı kimi keçir və Rus Allahının taxtı da Qafqazda, yəni Azərbaycanda yerləşir. Başqa sözlə, bizim müqəddəs bəglərimiz Rusların Allahlarıdır və biz bunları elmi cəhətdən sübut etmişik.
Bütün bunlar o deməkdir ki, biz düzgün siyasətlə Rusiyanı özümü ən yaxın ölkə edə bilərik. Bunun üçünsə ideoloji mübarizə siyasəti aparmağa başlamaq lazımdır. Bu mübarizə başlayan kimi ermənilər öz kimliyini dərk edib, çox qısa müddətdə Ermənistanı tərk edəcəklər. Biz bu siyasətlə müharibə, şəhid və milyardlar hesabına qaytardığımız torpaqların qalanını bir güllə atmadan qaytara bilərik və bu bizə bir-iki milyon manata və bəlkə də ümumiyyətlə pulsuz başa gələ bilər. Qədim həqiqətlərin açılması bütün dünyanın da bizlərə olan münasibətini dəyişəcək və bu ideoloji siyasət yeni dünya düzənində əsas rol oynayacaq. Bütün bunlar əvvəlcədən Allah tərəfindən müəyyənləşdirilib, kitablarda rəmzlərlə yazılmışdır. Biz sadəcə bu yolu başlamalıyıq. Nəticədə isə bütün Rusiya daxil olmaqla Ərəbistana qədər böyük Türk imperiyası qurulacaq və yeni dünya düzənin əsas söz sahibi biz olacağıq.
Bütün bunlarla bağlı Qorqud partiyası bəyan edir:
1. Azərbaycan bu gün çox möhtəşəm qələbə qazanmışdır və bu qələbə Azər oğullarının necə rəşadətli və cəsur olduğunu bütün dünyaya sübut etdi.
2. Rusiya qoşunlarının Azərbaycanın bir bölgəsində yerləşdirilməsi gələcəkdə bizə heç bir problem yaratmayacaq. Təslim olma sazişinin əlavəsinə görə bu bölgəyə nəzarətdə Türkiyə ordusu da iştirak edəcək.
3. Azərbaycan, bu gün Ermənistan adlanan ölkənin yaradıldığı torpaqlarını da geri qaytarmaq üçün yeni - ideoloji mübarizəyə başlamalıdır. Bu mübarizənin sonu əvvəlcədən Allah tərəfindən müəyyənləşdirilmişdir və bizim qələbəmiz mütləqdir.
4. Azərbaycanın ideoloji mübarizəyə başlaması, yeni dünya düzəninin də
qurulmasina səbəb olacaqdır.
Qorqud partiyasının sədri Firudin Kərimov (Firudin Gilar Bəg)