Qax sakini narkotiklə saxlanılıb

21-01-2021, 10:39           
 Qax sakini narkotiklə saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, əməliyyat zamanı Qax rayonu Qaxingiloy kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Fuad Mustafazadə tutularaq istintaqa təqdim olunub. Şəxsi axtarış zamanı F.Mustafazadədən sellofan torbada çəkisi 33 qram narkotik vasitə olan qurudulmuş marixuana və pnevmatik tapança aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə şəhər ərazisində gizlətdiyi 435 qram qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.