“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

16-02-2021, 19:31           
“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir
Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir.

Son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.

Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar” şəbəkəsi NMR-da 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.

Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən “Nar” bundan sonra da şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. “Nar” şəbəkəsinin əhatə dairəsi ilə daha ətraflı burada tanış ola bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru