Qaradağın icra başçısı Süleyman Mikayılov K.Heydərovu prezidentdən öndə görür

7-07-2015, 15:13           
Qaradağın icra başçısı Süleyman Mikayılov K.Heydərovu prezidentdən öndə görür
Qaradağın icra başçısı Avropa Oyunlarındakı boks yarışlarını maliyyələşdirdiyini iddia edir və borca düşdüyünü deyir

Azərbaycanda keçirilən ilk Avropa Oyunları ölkənin dünyada tanıdılması ilə yanaşı, həm də bəzi məmurların əməllərindən dolayı neqativ halları ilə diqqəti çəkdi. Möhtəşəm açılış və bağlanış mərasimlərini üzünə tutan bəzi məmurlar isə yaranmış vəziyyətdən pul qazanmaq üçün istifadə ediblər.

JAM.AZ xəbər verir ki, belə vəziyyətlərdən biri Qaradağ rayonunda yaşanıb. Həmin məlumatlara görə, rayonun icra başçısı «Çakır» ləqəbli Süleyman Mikayılov bütün ətrafına sinəsini qabardaraq, «boks oyunlarını mən maliyyələşdirmişəm» deyir. Üstəlik, maliyyələşdirdiyini iddia etdiyi həmin yarışların təşkilatçısının FHN şefi Kəmaləddin Heydərov olduğunu və bu işləri də məhz ona görə etdiyini dilə gətirir.

Bu səbəbdən külli miqdarda pul xərclədiyini də iddia edən «Çakır» məcburiyyət qarşısında qalaraq, borca düşdüyünü də vurğulayıb. JAM.AZ-a verilən məlumatlarda deyilir ki, Süleyman Mikayılov həmin pulu yığmaq üçün artıq bütün idarə və müəssisə rəhbərlərinə göstəriş verib və onların üzərinə «haqq» qoyub.

Qeyd edək ki, Qaradağın icra başçısı FHN şefi Kəmaləddin Heydərovun kadrı sayılır. Avropa Oyunlarındakı yarışların maliyyələşməsinə gəldikdə isə bu dövlət büdcəsindən həyata keçirilib. Və həmin məqsədlə pul xərclədiyini deyən istənilən məmurun başlıca məqsədi özü üçün qazanc əldə etməkdir. Görünür, Süleyman Mikayılov da bu niyyətlə yuxarıda qeyd olunan fikirləri səsləndirib.

Eyni zamanda, icra başçısı onu himayə edən Kəmaləddin Heydərovu da hədəfə gətirmiş olub. Belə ki, bu yarışların təşkilatçısının ölkənin Birinci Xanımı Mehriban Xanım Əliyeva və Prezident İlham Əliyev deyil, məhz Kəmaləddin Heydərov olduğunu vurğulamaqla FHN şefini önə çəkib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.