İsmayıllıda “Ordumuz Gücümüzdür!” şüarı altında güllə atıçılığı birinciliyi keçirildi - FOTO
21-06-2017, 19:42
“Ordumuz Gücümüzdür!”
21 iyun 2017-ci il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə Qarabağ müharibəsi veteranları və əllilləri arasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamlayıb, uğurlar arzulayıb və Silahlı Qüvvələrimizin yaranma tarixindən, gənclərimizin silahlı qüvvələrimizin sıralarında yüksək vətənpərvərlik hissi ilə xidmətindən bəhs edib. O qeyd edib ki, müharibə şəraitində olan Azərbaycan dövlətinin hər zaman güclü orduya, məğlubedilməz silahlı qüvvələrə ehtiyacı var.
Ardınca İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov İsmayıllı rayonundan olan hərbçilərimiz, şəhidlərimiz və Milli Qəhrəmanlarımız barədə danışarkən onların timsalında bütün Azərbaycan Silahlı Qüvvələrinin məğlubedilməzliyini vurğulayıb .
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi rayon flialının sərdi Vidadi Zərbiyev nitqində Azərbaycan igidlərinin ordu sıralarında göstərdiyi şücaətləri diqqətə çatdırıb. İsmayıllıdan olan müharibə veteranları, əlilləri və şəhid ailələrinə olan dövlət qayğısını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin rəisi Röyal Musayev öz çıxışında gənclərimizdə hərbi xidmətə olan yüksək maraqdan söz açıb. Eyni zamanda vurğulayıb ki, Azərbaycanın keşiyində dayanan silahlı qüvvələrimiz ölkəmizi istər quru, istər su, istərsə də hava hücumundan hər zaman müdafiəyə hazırdır.
Birincilikdə Baxışov Şöhrət Vaqif oğlu I yerə, Əhmədov Nizaməddin Zeynal oğlu II yerə və Babayev Səfər Şahin oğlu III yerə layiq görülüblər. Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları, medalları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.