Eldar Əzizov təltif edildi

22-06-2017, 17:55           
Eldar Əzizov təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

E.Əzizov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
Qeyd edək ki, E.Əzizov Səbail rayon İcra Hakimiyyətinin başçısıdır. O, 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. İyunun 28-də E.Əzizovun 60 yaşı tamam olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru