HÖRMƏTLİ MƏTANƏT ƏSGƏR QIZININ XEYİRXAHLIQ ƏMƏLLƏRİ, ŞƏHİD VƏ ƏSGƏR AİLƏLƏRİNƏ DƏSTƏYİ DAVAM EDİR.

22-06-2017, 19:10           

Bir müddət öncə Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı aprel şəhidi Xalıq Həsən oğlu Əzizzadənin əsgərliyə getməzdən əvvəl qardaşı Xəlil Qasımovla birgə PARABANKdan kredit götürməsi və iki dəfə devalvasiya baş verdiyindən həmin vəsaiti ödəyə bilməməsi barədə informasiya paylaşmışdı. PARABANK tərəfindən borca görə şəhid ailəsinin məhkəməyə verilməsi ilə bağlı Əzizzadələr ailəsi evlərini itirə biləcəyindən narahatçılıq keçirdikləri vurğulanırdı. ictimai Birliyin məsələni sosial şəbəkələrdə və mediyada ictimailəşdirdiyindən sonra bu gün Azərbaycanın vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərişi ilə şəhidin banka olan borcu silinib.
Məlumat üçün deyək ki, Xalıq Həsən oğlu Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru