Türkiyə universiteti birincilərinin mətbuat konfransı keçirilib FOTO

7-07-2017, 14:31           
Türkiyə universiteti birincilərinin mətbuat konfransı keçirilib FOTO
İyul ayının 7-si Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin Bahçeşehir universitetini (BAU) birinciliklə bitirən azərbaycanlı məzunlar, Günel və Xeyrənsə Musayevaların uğurları ilə bağlı mətbuat konfransı keçirilib.
Konfransda BAU birincisi, “Altın beyin” mükafatının sahibi Günel Musayeva, universitet üçüncüsü Xeyrənsə Musayeva ilə yanaşı, Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın, BAU Global başqan yardımçısı Serdar Şenel, İqtisadi, İdarəetmə və Sosial Elmlər fakültəsi dekanı Necip Çakır və Beynəlxalq Ofis Direktoru Erbay Şirin iştirak edib.
Konfransda BAU rektoru Prof. Dr. Şenay Yalçın, BAU-nun başarılı tələbələrə hər zaman dəstək olmasından və bunun nümunəsi olaraq azərbaycanlı məzunların uğurlarından söz açıb. “Bir tələbənin başarılı olması onun həm özündən, həm də təhsil aldığı universitetindən asılıdır. Bahçeşehir Universitetində də tələbələrin başarılı olması və yüksək səviyyədə təhsil almaları üçün böyük imkanları var. BAU 3 qitə, 8 ölkə, 5 universitet, 4 dil məktəbi, 5 akademik mərkəz ilə Türkiyənin təhsil sahəsində dünya markası olan BAU Global-ın bir üzvüdür. Bu beynəlxalq şəbəkə, tələbələrə yüksək təhsil imkanı verir və dünyanın hər yerindən tələbə qəbul edir.”
BAU rektoru onu da qeyd edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahandan yüksək bal toplayan tələbələrə təqaüd verəcək. “Bahçeşehir Universiteti Heydər Əliyev adına təqaüd proqramı əsasında üç il boyunca 12 tələbəyə təqaüd verib. Bu il isə DİM-in keçirdiyi imtahandan 650 və daha yüksək bal toplayan abituriyentlərə təqaüdlər verəcək.”
Azərbaycanla möhkəm dostluq əlaqələrini vurğulayan Şenay Yalçın, bunun göstəricisi olaraq “BAU Məzun və İletişim” ofisinin xarici ölkələr içərisində ilk olaraq Azərbaycanda açıldığını bildirib. “ İlk məzun və iletişim ofismizin Azərbaycanda açılması bizim üçün böyük qürurdur. Belə bir qurumun yaradılması, həm Azərbaycanla, həm də azərbaycanlı BAU məzunlarımızla əlaqələrimizi daha da möhkəmləndirir.”
BAU birinciləri Günel və Xeyrənsə Musayevalar isə heç bir uğurun təsadüfi olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan, durmadan çalışmaqdan keçdiyinə inandıqlarını söyləyərək təşəkkürlərini bildiriblər: “ Həm bizim bu kiçik sevincimizi, uğurumuzu paylaşıb xalqımıza gələcəklə əlaqəli stimul verən, onları fərəhləndirən siz dəyərli media mənsublarına, həm də dünyanın bir çox ölkəsində yaşayıb qəlbi Azərbaycan, azərbaycançılıq eşqi ilə yanan, sosial media üzərindən təbrik mesajları göndərərək diqqət və qayğıları ilə bizi sevindirən hər kəsə, bütün Türk dünyasına öz dərin minnətdarlığımızı bildiririk. Biz də öz növbəmizdə bu dəstək və sevginin yaratdığı əzm ilə gələcəyə daha da inamlı, etibarlı addımlarla hazırlaşıb, özümüzü mükəmməl şəkildə yetişdirəcək və etimadınızı doğrultmağa çalışacağıq.”
Xatırladaq ki, tam ingilis dilində təhsil verən BAU, Silikon vadisindən Honk-Konqa qədər uzanan 5 universiteti, 5 akademik mərkəzi, 4 dil məktəbi ilə öncül vəqf universitetlərindən biridir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.