İNNOVASİYALARA VƏ İNKİŞAFA DƏSTƏK İCTİMAİ BİRLİYİNİN B Ə Y A N AT I

9-07-2017, 18:24           

İNNOVASİYALARA VƏ İNKİŞAFA DƏSTƏK İCTİMAİ BİRLİYİNİN
B Ə Y A N AT I
İyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və nənəsi 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızının erməni tərəfinin mərmi atəşindən həlak olması, 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının yaralanması İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin üzvlərini dərindən hiddət¬lən¬dir¬miş¬dir. Ermənilərin bu hərəkətləri vəhşilik aktı olmaqla müharibə cinayətləri kimi təsbit edilməlidir. Beynəlxalq hüquq atəşkəs rejimi bir yana, müharibə şəraitində də dinc əhaliyə divan tutulmasını qəti qadağan edir.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir qədər əvvəl bölgəyə səfəri münaqişənin tənzimlənməsi sahəsində yeni və daha məhsuldar danışıqlar başlayacağına ümid yaradırdı. Belə bir gözlənti ərəfəsində vəziyyətin ən ağır şəkildə gərginləşdirilməsi yalnız bir niyyət – sülh danışıqlarına yol verməmək məqsədini güdür. Bu isə bir daha göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həll edilməsini istəmir.
Ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində bütün torpaqları üzərində yurisdiksiyasının bərpası nəinki ədalətin təntənəsi olar, habelə istər bölgədə, istərsə də regionda və qlobal miqyasda qarşılıqlı faydalı əməkdaşlığa yol açar. Cənubi Qafqazda formalaşıb inkişaf etməkdə olan çoxşaxəli əməkdaşlıq sistemindən Ermənistanın da kənarda qalmamasına imkan yaradar.
Münaqişənin 30 ilə yaxınlaşan tarixi sübut edir ki, Ermənistanın millətçi-təcavüzkar rəhbərliyi ölkənin tərəqqisini bu reallığın dərkində görmür, onu nəinki Azərbaycana, digər qonşu ölkələrə qarşı ərazi iddialarında axtarır. İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birlyi Ermənistanı bu yoldan döndərməyin yeganə vasitəsini beynəlxalq birliyin qəti addımlar atmasında, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və müxtəlif beynəlxalq qurumların işğal olunmuş ərazilərin dərhal boşaldılmasını tələb edən sənədlərin icra mexanizminin işə salınmasında görür və təcavuzkara qarşı adekvat sanksiyalar tətbiq edilməsini yeganə təsirli vasitə hesab edir.
İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birlyi Dünya birliyini, beynəlxalq ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün təmini və münqişənin ədalətli həlli üçün qətiyyətli tədbirlər görməyə, çağırır!
İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birlyinin rəhbəri
Səyavuş Qasımov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.