Bakıda restoranda dava - Həbs olunan var

12-08-2015, 15:38           
Bakıda restoranlardan birində dava düşüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 10-da Xətai rayonu ərazisindəki restoranlardan birində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Rəfael Hüseynov olması müəyyən edilib və o saxlanılıb. Ondan idman tapançası götürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.