Əhaliyə xəbərdarlıq: 2 gün qaldı!

26-08-2015, 19:38           
Əhaliyə xəbərdarlıq: 2 gün qaldı!
"İşıq pulu" borcu olanların elektrik enerjisi təchizatı 28 avqust saat 12:00-dan etibarən dayandırılacaq. "İşıq pulu" borclu olan əhaliyə 2 gün vaxt verildi. ANS PRESS-in məlumatına görə, “Azərişıq” ASC-nin Mətbuat xidməti abonentlərə xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilir: “Azərişıq” ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 28 avqust 2015 ci-ci il tarixində,saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır. Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.