Bərdədə kütləvi dava: 5 yaralı

30-08-2015, 12:08           
Bərdədə kütləvi dava: 5 yaralı
Bərdə rayonunda gənclər arasında kütləvi dava baş verib.

Məlumata görə, hadisə rayonun Cəyirli kəndinin ərazisində qeydə alınıb. Təxminən 15 nəfər gəncin iştirak etdiyi dava nətcəsində 1 nəfər bıçaqlanıb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Bıçaq yarası alan Asiman Kamranlı adlı gənc xəstəxanaya çatdırılıb. Onu bıçaqlamaqda şübhəli bilinən Seymur Həsənov adlı şəxs artıq saxlanılıb.

Polis faktla bağlı araşdırma aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.