Rusiya Bağdadinin İdlibdə olması barədə ABŞ-dan əlavə sübutlar tələb edib

28-10-2019, 00:58           
Rusiya Bağdadinin İdlibdə olması barədə ABŞ-dan əlavə sübutlar tələb edib
ABŞ İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldürüldüyü vaxt İdlibdə, yəni “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarətində olan şəhərdə olduğu barədə sübutlar təqdim etməlidir.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, Suriya hökumətinin nəzarəti altında olmayan İdlib kimi ərazilərə Əl-Qaidə təşkilatının Suriya filialı sayılan “Cəbhət ən-Nüsrə” tərəfindən nəzarət olunur. Bu qrup isə bölgədə özü üçün rəqib hesab etdiyi İŞİD döyüşçülərini və ya onun Suriyadakı rəhbərlərini yerindəcə yox etməklə tanınır.

Xatırladaq ki, bu gün ABŞ prezidenti Donald Tramp Əl-Bağdadinin məhv edilməsində xüsusi təyinatlıların iştirak etdiyini söyləyib. O, İŞİD terrorçularının rəhbərindən başqa, yanındakı bir çox silahlının da məhv edildiyini bildirib.

Əl-Bağdadi isə əməliyyatın gedişində terroçu kəmərini partladaraq intihar edib.

“O, qorxaq kimi, qaçaraq və ağlayaraq öldü”,-deyə Tramp tvitter hesabında yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.