Böyük dövlətlərin Aralıq dənizindəki döyüş gəmiləri - Siyahı

5-12-2015, 00:00           

Son günlər Suriyada baş verən hadisələrdən sonra Türkiyə, ABŞ, Rusiya, Fransa, İtaliya və başqa bu kimi dövlətlər Aralıq dənizinə öz döyüş gəmilərini göndərir.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aralıq dənizində Türkiyəyə məxsus 34 gəmi var ki, bunun 20-si donanma, 14-ü isə köməkci gəmidir. Bu gəmilərdən 3-ü korvet, 1-i dənizaltı, 1-i hücum gəmisi və 1-i friqat (müasir döyüş gəmisi) həmişə Aralıq dənizində kəşfiyyat məqsədilə hərəkət edir.

Rusiyanın Aralıq dənizində 13 gəmisi var. Bu gəmilərdən 4-ü donanma, 9-u isə köməkci gəmidir.

ABŞ-ın Aralıq dənizində 3 donanma gəmisi, Fransanın 5 ( 1 ədəd təyyarə gəmisi, 2 ədəd donanma, 1 ədəd friqat, 1 ədəd kəşfiyyat gəmisi), İtaliyanın isə 2 gəmisi ( 1 ədəd friqat, 1 ədəd dənizaltı gəmisi) var.

Aralıq dənizində İngiltərə, Belçika, İspaniya, Kanada, Portuqaliya, Yunanıstan və Hollandiyaya da məxsus gəmilərin olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.