ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə duaların vacibliyindən danışıb.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri mövcud xəstəliyə qalib gəlmək üçün Amerika xalqının fədakarlıqlar etdiyini bildirib.
“Pasxa bayramında bir araya gələ bilməsək də, biz bu müqəddəs günlərdə dua, meditasiya və düşüncələrimizlə Allahla şəxsi münasibətlər yarada bilərik”, - deyə Ağ Ev rəhbəri bildirib.