Beynəlxalq Valyuta Fonduna (BVF) 90-dan çox ölkəyə maliyyə yardımı üçün müraciət edib. Dünya Bankından isə maliyyə yardımı almaq istəyən ölkələrin sayı minimum 60-dır.
Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.
Məlumata görə, bu iki institut koronavirusun nəticələri ilə mübarizə üçün 1,2 trilyon dollar ayıracağı vədini versə də, hələlik bu tədbirləri nə dərəcədə sürətli həyata keçiriləcəyi aydın deyil. Qəzet iki qurumun cari ilin yanvarından bu yana inkişafda olan ölkələrin bazarlarına 96 milyard dollar yatırdığını bildirib. Bu rəqəm 2008-2009-cu il maliyyə böhranı dövrünün göstəricilərini üç dəfə üstələyir.