Dünyada koronavirus pandemiyasının SON GÖSTƏRİCİLƏRİ

11-04-2020, 10:55           
Dünyada koronavirus pandemiyasının SON GÖSTƏRİCİLƏRİ
COVID 19-la bağlı məlumatların toplandığı "Worldometer" saytının məlumatına görə, dünyada koronavirusa yoluxan və sağalan insanların sayı 370 mini keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox sağalan xəstə sayı xüsusilə Çində qeydə alınıb. Çində bu günə qədər 77 min 455 nəfər sağalıb.

Çindən sonra sağalma göstəricilərininn yüksək olduğu ölkələr sırasında İspaniya (55 min 668), Almaniya (52 min 407), İran (35 min 465), İtaliya (30 min 455), ABŞ (26 min 179) və Fransa (24). min 932) gəlir.

Türkiyədə indiyədək 2 min 423 adam sağlamlığına qovuşub.
Qeyd edək ki, COVID 19-a yoluxanların sayı dünyada 1 milyon 684 min 854-ə çatıb, 101 min 474 adam ölüb. Hazırkı statistikalara əsasən, dünyada 1 milyon 201 min 522 xəsətə COVİD 19-dan müalicə alır.

Azərbaycanda isə virusa yoluxanların sayı 991, sağalan 159, ölüm halı 10, aktiv koronavirus xəstəsi 822 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru