Amerikalılar təhlükəni hiss edir: Tramp seçilsə, ölkəni NATO-dan çıxaracaq

5-09-2020, 06:15           
Amerikalılar təhlükəni hiss edir: Tramp seçilsə, ölkəni NATO-dan çıxaracaq
Hakimiyyətə gəldiyi son 4 ildə ABŞ prezidenti Donald Tramp dəfələrlə NATO-ya qarşı çıxışlar edib və onun üzvlərinin kollektiv müqaviləyə daha çox pul xərcləməli olduğunu dilə gətirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The New York Times” qəzeti Ağ Ev rəhbərinin son dövrlərdə daha da irəli gedərək ölkəsini hərbi alyansdan çıxarmaq barədə düşünməyə başladığı barədə məlumat yayıb.

Qəzet Donald Trampın ikinci dəfə seçilməsi halında bu qorxunun gerçəkliyə çevriləcəyini yazıb. Belə ki, bununla əlaqədar prezident administrasiyasında təhlükəsizlik strukturlarında yüksək mövqelər tutmuş şəxlərin dilində iddialar sıxlaşmağa başlayıb. Qəzetin etibarlı qaynaqlarının xəbərinə görə, Tramp ikinci dəfə seçilməkdən vəcdə gələrək təcrübəsiz komandasının da təhriki ilə Birləşmiş Ştatların NATO üzvlüyünə son verə bilər.

Vaxtilə Trampla çalışmış keçmiş nazir və yüksək bürokratlar bu addımın Putin Rusiyasının ən böyük qələbəsi və dünyanın ən sarsıdıcı qlobal strateji zəlzələsi ola biləcəyini söyləyirlər.

Məsələn ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton da prezidentin dəfələrlə ona Alyansdan çıxmaq istədiyini söylədiyini bildirib. Con Bolton hətta Trampın hələ seçkiyə bir ay qalmış “oktyabr sürprizi” edərək niyyətini açıqlayacağını iddia edib.

“The New York Times” qəzetinin reportyoru Maykl S.Şmidt isə ötən həftə yayımladığı kitabda Ağ Ev aparatının keçmiş rəhbəri Con Kellidən sitat da gətirib. General Con Kelli Trampla çalışdığı dövrdə qarşısına çıxan ən çətin vəzifənin prezidentin NATO-dan çıxmaq barədə qərarını açıqlamasını əngəlləməkdən ibarət olduğunu deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.