Minskdə növbəti etiraz aksiyası keçirilir - CANLI YAYIM

6-09-2020, 18:07           
Minskdə növbəti etiraz aksiyası keçirilir - CANLI YAYIM
Belarusun paytaxtı Minskdə növbəti etiraz aksiyası keçirilir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, minlərlə etirazçı Prezident Aleksandr Lukaşenkonun iqamətgahının yerləşdiyi İstiqlal sarayına doğru irəliləyiblər.
Polis onlara aksiyanın qanunsuz olması haqda xəbərdarlıq edərək İstiqlal sarayından uzaqlaşmaları ilə bağlı çağırış edib. Hələlik aksiyaçılardan saxlanılan yoxdur.
Prezidentin iqamətgahının qarşısında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən baryerlər qurulub.
Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru