Vladimir Putini Sergey Lavrov əvəz edəcək

9-09-2020, 08:14           
Vladimir Putini Sergey Lavrov əvəz edəcək

BMT Baş Məclisinin 75-ci sessiyasında Rusiya nümayəndə heyətinə ölkə başçısı Vladimir Putin rəhbərlik edəcək.

Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Putin video mesaj formatında çıxış etdikdən sonra nümayəndə heyətinin rəhbərlik Xarici işlər naziri Sergey Lavrova tapşırılacaq.

Rusiya nümayəndə heyətinin tərkibinə Federasiya Şurası beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Prezidentin köməkçisi Yuri Uşakov, Xarici işlər nazirinin müavini Sergey Verşinin, Xarici İşlər Nazirliyinin departament direktorları və başqaları daxildir.

Prezident həmçinin Xarici İşlər Nazirliyinə məsləhətçilər, mütəxəssislər və texniki işçilər siyahısını təsdiqləməyi də tapşırıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinin çıxışı 22 sentyabr tarixinə planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru