Gürcüstanın Ədliyyə naziri Saakaşviliyə həbsxanada “ən yaxşı qida” söz verdi

9-09-2020, 08:19           
Gürcüstanın Ədliyyə naziri Saakaşviliyə həbsxanada “ən yaxşı qida” söz verdi
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Vətənə qayıdacağı təqdirdə, həbsxanada “ən yaxşı qida” ilə təmin olunacaq. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani bildirib.

“Əgər Saakaşvili qayıtsa, onun statusuna görə saxlanılması sərhəddə baş verəcək və sonra o, öz cəzasını alacaq. O, nə həbsxananın daxilində, nə də onun hüdudlarından kənarda heç bir qarışıqlıq yarada bilməz. Bugünkü həbsxana ən yüksək beynəlxalq standartlarla idarə olunur. Saakaşvilidə ən yaxşı qida olacaq. Noyabr ayında dondurulmuş ət hazırlamağı qadağan etdik, məhbusları təzə ət və mövsümi meyvə ilə qidalandırırıq”, - Tsulukiani “Rustavi 2” telekanalının efirində deyib.

O, Saakaşvilini “ağır cinayət sayılan səhvlərindən romantik şəkildə bəhs edən” “qeyri-ciddi kriminal” adlandırırıb.

Xatırladaq ki, daha əvvəl Mixail Saakaşvili dönüşünün ölkədə iğtişaş və qarşıdurmaya səbəb olmayacağı zaman vətəninə qayıdacağını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru