ÜST mütəxəssislərinə Çinə giriş icazəsi verilmədi

6-01-2021, 06:54           
ÜST mütəxəssislərinə Çinə giriş icazəsi verilmədi
Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyini öyrənmək üçün bu ölkəyə getməli olan mütəxəssislərinə lazımi icazə sənədlərini hələ də verməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, məsələ ilə bağlı ÜST-ün rəhbəri Tedros Adan Qebreyesus bildirib.

Daha əvvəl ÜST-ün mətbuat xidmətindən ekspertlər qrupunun Çinə yanvarda yola düşəcəkləri elan olunub.

"Bu gün Çin səlahiyyətlilərinin heyətin ölkəyə girməsi üçün lazımi icazə sənədlərini hələ də vermədiyini öyrəndik. Bu qrupun iki üzvünün artıq getdiyini, qalanlarının səfərini son anda təxirə saldıqlarını nəzərə alaraq bu xəbərdən çox məyus oldum", - deyə Qebreyesus söyləyib.

Onun sözlərinə görə, nüfuzlu Çin rəsmiləri ilə daha əvvəlki söhbətində bu missiyanın ÜST üçün əsas prioritet sayıldığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru