Paşinyan ordunu küçəyə çıxararaq komendant rejimi elan etmək istəyib, lakin generallar... ARAM QABRELYANDAN İLGİNC AÇIQLAMA

6-01-2021, 18:07           
Paşinyan ordunu küçəyə çıxararaq komendant rejimi elan etmək istəyib, lakin generallar...
“Paşinyanın çevrəsindəki mənbələrim deyir ki, Ermənistan baş nazirinin komandası üsyan edir”.

Virtualaz.org bildirir ki, bu sözləri Rusiyanın “Nyus Media” holdinqinin erməni əsilli təsisçisi Aram Qabrelyan deyib.

“Paşinyanın çevrəsindəki mənbələrim deyir ki, Ermənistan baş nazirinin komandası üsyan edir. Dünən axşam Ararat Mirzoyan başda olmaqla, komandanın ən fəal bir neçə üzvü ilə mövcud vəziyyəti müzakirə etdik. Çıxarılan nəticə acınacaqlıdır. Həyatları cəhənnəmə çevrilib, küçəyə çıxmaq olmur, insanlar söyürlər, bir çox erməni onları yumruqla hədələyir. Kilsəyə buraxmırlar, keşişlər qovur. Nikol başa düşməlidir ki, getmək lazımdır.

Ölkədən sakit şəkildə çıxıb getmək üçün Manukyanı dilə tutmaq lazımdır. Mirzoyan deputatları sakitləşdirməyə çalışıb, o, özü ciddi xəyanət içindədir. Mirzoyan deyir ki, Nikol qoşunları küçəyə çıxarıb, komendant saatı elan etmək üçün ordu rəhbərliyinə müraciət edib. Bu yolla müxalifəti qorxutmağa çalışıb. Generallar təklifdən qəti şəkildə imtina ediblər. Səhər tezdən baş nazirin mətbuat xidməti artıq koronovirusdan sağalmış Paşinyan üçün gülməli bəhanə fikirləşdi. Paşinyan özünütəcridə getdi. Paşinyanın mühafizəsindəki uşaqlar zarafat edirlər ki, Nikol butulka ilə özünü təcrid edib” – Aram Qabrelyan “Telegram” səhifəsində yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.