İspaniyada qadınlar virusa daha çox yoluxur

19-01-2021, 07:35           
İspaniyada qadınlar virusa daha çox yoluxur
Qadınlar COVID-19 infeksiyasına daha çox məruz qalırlar.

İspaniyanın Sosial siyasət, ailə və bərabərlik Departamenti xəbər verir ki, mütəxəssislər bunu qadınların koronavirusla mübarizənin önündə getməsi və xəstələrlə daha çox təmasda olması ilə izah edirlər. Belə ki, xidmət göstərən tibb işçilərinin 84,5 faizini, qocalar evinin işçilərinin 77,8 faizini, əczaçıların da 76,1 faizini qadınlar təşkil edir.

Bundan başqa, qadınlar koronavirusdan iqtisadi cəhətdən də əziyyət çəkirlər, çünki ən çox iş yerləri (mehmanxana biznesi, pərakəndə ticarət, xidmət sahəsi) məhv edilən fəaliyyət və peşələrə cəlb edilirlər.

Digər tərəfdən, məsafəli işin yayılması qadınların yükünü artırdı, çünki adətən ev işlərinin və uşaqlara qayğının əsas hissəsi onların üzərinə düşür. /Azertac












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru