Bir müddət öncəki zorakılıq göstərdi ki, belə davam edə bilməz, artıq erməni işğalına son qoymağın vaxtı çatıb.
Axar.az xəbər verir ki, bu fikir İsrail Tədqiqatlar İnstitutunun Beynəlxalq Kommunikasiyalar üzrə direktoru Mayan Yaffe Hofmanın “Hill” agentliyində yerləşdirilən məqaləsində yer alıb. Onun sözlərinə görə, hazırda beynəlxalq aləm tərəfindən tanınan Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır:
“Azərbaycanda hər 9-cu insan məcburi köçkün hesab edilir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın bu ərazilərə olan haqqını 822, 853, 874 və 884 nömrəli qətnamələrlə tanıyıb. Ermənistan bu qətnamələri inkar etməkdə davam edir”.