Ruhanidən Əhmədinejada ağır ittiham - "O pulları ora kim aparmışdı?"

30-04-2016, 00:13           
Ruhanidən Əhmədinejada ağır ittiham - "O pulları ora kim aparmışdı?"
İran prezidenti Həsən Ruhani ABŞ-ın İranın mal varlığını dondurması məsələsi ilə bağlı sabiq prezident Mahmud Əhmədinejad və onun hökumətini günahlandırıb.

Avropa.info xəbər verir ki, Ruhani, ABŞ-ın İranın mal varlığını dondurması ilə bağlı Əhmədinejad hökumətini tədbirsiz davranmaqda ittiham edib.

Əhmədinejadın ofisindən verilən açıqlamada isə məsələnin Ruhani hökumətinin xarici siyasətdəki zəifliyindən irəli gəldiyini fikrini müdafiə edib.

İranın İRNA agentliyinin yaydığı məlumata görə paytaxt Tehrandakı bir yığıncaqda danışan Ruhani, İranın Mərkəzi Bankının ABŞ-dakı dondurulmuş hesablarının təzminat səbəbilə dondurulmasından danışıb.

Ahmedinejadın prezidentlik dövrünü nəzərdə tutaraq 2007-2008-ci illərdə bütün xəbərdarlıqlara baxmayaraq pulun ABŞ-da hansı səbəblə saxlandığının araşdırılması lazım olduğunu deyən Ruhani sözlərinə belə davam edib:

"Hökumət bu mövzunu təqib edəcək. Ancaq Amerika ilə bu qədər problemimizin olduğu bir dövrdə ABŞ-ın əlinin çata biləcəyi yerə pulu kimlər apardı?"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.