"Wall Street Journal": ABŞ, Almaniya və Böyük Britaniya Rusiya ilə sərhədlərinə 4 min hərbçi yerləşdirməyə hazırlaşır

30-04-2016, 11:07           

ABŞ NATO-dakı müttəfiqləri ilə birgə Polşa və Baltikyanı ölkələrdə təxminən 4 min nəfərlik dörd batalyon yerləşdirməyə hazırlaşır.

APA-nın məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti yazıb.

Nəşrə görə, bu addım Rusiyanın keçirdiyi hərbi təlimlərə cavab olaraq atılır. Faktı təsdiqləyən ABŞ müdafiə nazirinin müavini Robert Uork deyib: “Son zamanlar Rusiya gözlənilmədən Litva, Latviya və Estoniyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirir. Biz bunu olduqca təxribatçı addım kimi qiymətləndiririk”.

"Wall Street Journal"-in məlumatına əsasən, ABŞ Rusiya ilə sərhəd ərazilərə iki, Almaniya və Böyük Britaniya isə hərəsi bir batalyon ayırmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru