Meşə yanğınları Moskvaya yaxınlaşır - VİDEO

19-08-2022, 10:04           
Meşə yanğınları Moskvaya yaxınlaşır - VİDEO
Meşə yanğınları artıq Moskvaya yaxınlaşıb.

Belə ki, Balaşixada quru ot örtüyü alışıb.

Yanğın Qorenski meşə təsərrüfatının yaxınlığındakı Aviatorlar mikrorayonunda baş verib.

Balaşixa administrasiyasının mətbuat xidmətindən bildirilib ki, xilasedicilər ot yanğınını dayandırıb, yanğının meşəyə keçməsi təhlükəsinin qarşısı alınıb.

Qeyd edək ki, avqustun 19-dan 22-dək Moskva vilayətində ən yüksək, beşinci dərəcəli yanğın təhlükəsi proqnozlaşdırılıb. Güclü istilərlə əlaqədar olaraq meşə səfərlərinə məhdudiyyət qoyulub, həmçinin nəqliyyat vasitələrinin oraya daxil olması qadağan edilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru