Rusiya bu göstəriciyə görə dünyada üçüncü yerdədir

19-08-2022, 09:48           
Rusiya bu göstəriciyə görə dünyada üçüncü yerdədir
İyulda Rusiya beynəlxalq ödənişlərdə Çin yuanından istifadə edən ölkələr arasında üçüncü yeri tutaraq qlobal valyuta bazarındakı payını cəmi üç ayda 6,3 dəfə artırıb.

TEREF Trend-ə istinadən bildirir ki, bu barədə "Forbes" SWIFT ödəniş məlumat mübadiləsi sisteminin statistik məlumatlarına istinadən yazır.

"Forbes"ın istinad etdiyi SWIFT hesabatına əsasən, iyulda yuan əməliyyatlarının 3,9%-i Rusiyanın payına düşüb (iyunda 1,42%-ə qarşı).

Böyük Britaniya daha yüksək göstəricilər göstərib (6,35%).

Siyahının lideri Honq-Konqdur (iyundakı 73,82%-ə qarşı 70,93%).

SWIFT reytinqində Rusiyadan sonra Sinqapur (3,77%) və ABŞ (2,98%) gəlir.

Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru