Rusiyanın 1 trilyon dollarlıq aktivləri üçün iddia hazırlanır

19-08-2022, 08:44           
Rusiyanın 1 trilyon dollarlıq aktivləri üçün iddia hazırlanır
Bir qrup qərbli hüquqşünas Rusiya şirkətlərindən və sanksiyalara məruz qalan Rusiya Federasiyası vətəndaşlarından 1 trilyon dollara qədər vəsait almaq qərarına gəlib.

"Ölkə.az" xəbər verir ki, “McCue Jury & Partners” və “Mishcon de Reya” firmalarına rəhbərlik edən hüquqşünaslar hazırda bununla əlaqədar məhkəməyə iddia ərizəsi hazırlamaqla məşğuldurlar. Onlar özlərini “Ukrayna Ədaləti Alyansı” adlandırıblar.

Müsadirə olunan pulların böyük hissəsi, əgər iddiaçılar qalib gəlsə, Rusiyanın işğalından əziyyət çəkən ukraynalılara veriləcək, investorlar və hüquqşünaslar isə onların faizlərini alacaqlar.

Prosesin çətin keçəcəyi və aylarla uzanacağı gözlənilir. Çünki aktivlərin əhəmiyyətli bir hissəsi qeyri-şəffaf ofşor yurisdiksiyalarda yerləşir, ona görə də onların çıxarılması mürəkkəb və uzun bir proses tələb edir. Fridman, Abramoviç və Aven də daxil olmaqla, sanksiyaya məruz qalan 20-yə yaxın rusiyalı miyarderin onlara qarş tətbiq olunan məhdudiyyətlərdən Avropa Məhkəməsinə müraciət etməsi vəziyyəti çətinləşdirir.

Londonda yerləşən “McCue Jury & Partners” şirkətinin qurucu ortağı Ceyson Makkyunun sözlərinə görə, hüquqşünaslar artıq 200 milyard dollar dəyərində aktivləri müəyyən ediblər. İndi vəkillər 50 min ukraynalı qaçqın adından Böyük Britaniyada sanksiyalar altında olan ruslara qarşı məhkəmə iddiaları açmaq üçün əlavə maliyyə mənbələrini axtarırlar.

UNİAN agentliyi Avropa İttifaqının məhkəmənin qərarı ilə həbs edilmiş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı direktiv hazırladığını xəbər edib.(musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru