Zelenski Ərdoğanın yanında əsəblərinə hakim ola bilmədi: Nöqsan tutdu - VİDEO

19-08-2022, 19:46           
Zelenski Ərdoğanın yanında əsəblərinə hakim ola bilmədi: Nöqsan tutdu - VİDEO
Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin birgə mətbuat konfransı zamanı baş verən hadisə sosial mediada böyük kütlə tərəfindən izlənilib.

Metbuat.az xəbər verir ki, liderlər media qarşısında çıxış edərkən, tərcüməçinin Zelenskinin fikirlərini qısaldaraq tərcümə etməsi Ukrayna liderini qəzəbləndirib. Zelenski fikirlərinin səhv şəkildə tərcümə edilməsinə görə narahat olub. O tərcüməçiyə deyib:

“Mən mümkün hadisələrdən danışdım.Həll olmayacaq dedim. Rusiya tərəfindən hər gün atəş altındayıq dedim. Bir də “Slava Ukrayna”(Glory to Ukraine) dedim”.

Zelenski bu fikirlərin tərcümə edilmədiyini nöqsan tutandan sonra, tərcüməçi dərhal "Glory to Ukraine” deyib. Zelenski isə “bu çox önəmlidir” deyərək cavab verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru