Rumıniya rus diplomatı ölkədən qovdu 20-08-2022, 00:05 Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.Qərar qəbul edilməsinə səbəb kimi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarıb.Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmır. Facebook-da paylaş