“Rusiya qışda müharibə taktikasını dəyişə bilər. Moskva quru əməliyyatlarından hava hücumlarına keçid edə bilər”.
Bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornyu Ukraynaya xəbərdarlıq edib.
“Rusiyanın son zərbələrinin intensivliyi zəifdir. Qarşıdan qış gəlir və bu, yerüstü manevrləri çətinləşdirir. Rusiyalılar bu zərbələri mülki enerji obyektlərinə yönəldəcəklər. Xersonda onlar məğlub olublar. Onların geri çəkilməsi taktiki xarakter daşıyırdı ki, bu da minlərlə rusiyalının əsir düşməsinin qarşısını alınmasını və Dnepr boyunca müdafiə xəttinin dondurulmasını nəzərdə tuturdu”, - deyə fransalı nazir bildirib.