“Qazprom” Ukraynadan tranzitlə keçən qazın verilişini dayandırmağa başlaya bilər

23-11-2022, 11:14           
“Qazprom” Ukraynadan tranzitlə keçən qazın verilişini dayandırmağa başlaya bilər
Rusiyanın “Qazprom” şirkəti noyabrın 28-də Ukrayna ərazisindən tranzitlə keçən qazın verilişini azaltmağa başlaya bilər. Bu barədə “Qazprom”un “Telegram” kanalı xəbər verir.

“Əgər Moldova istehlakçıları üçün Ukraynadan keçən qaz tranzit disbalansı davam edərsə, o zaman Rusiya tərəfi noyabrın 28-də saat 10:00-dan etibarən “Suca” qaz ölçü stansiyasına qazın verilişini azaltmağa başlayacaq”, - deyə məlumatda bildirilir.

Şirkətdən deyiblər ki, “Qazprom” “Moldovaqaz” şirkətilə müqavilə əsasında tədarüklər üçün nəzərdə tutulmuş qazın Ukrayna ərazisində azaldığını təsbit edib.

Xatırladaq ki, Moldova Hesablama Palatası daha əvvəl keçirdiyi auditin nəticələrinə əsasən bəyan etmişdi ki, “Moldovaqaz” şirkətinin “Qazprom”a borcu 590,8 milyon təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru