Madriddə kütləvi etiraz aksiyası keçirilib - VİDEO

28-11-2022, 07:49           
Madriddə kütləvi etiraz aksiyası keçirilib - VİDEO
Madriddə on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. İnsanlar İspaniyanın baş naziri Pedro Sançesin istefasını tələb ediblər. Sosial şəbəkələrdə mitinqin videosu yayılıb.

Aksiya ifrat sağçı “Vox” partiyasının təşəbbüsü ilə təşkil olunub. Etirazçılar hesab edirlər ki, Sançes hökuməti ölkə sakinlərini iqtisadi böhrandan, malların, elektrik enerjisinin və yanacağın bahalaşmasından xilas edə bilmir.

Polisin hesablamalarına görə aksiyada 30 minə yaxın adam iştirak edib, lakin təşkilatçılar 80 mindən çox nümayişçinin toplaşdığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru